ABŞ-nin rəsmisi Azərbaycandadır

ABŞ-nin rəsmisi Azərbaycandadır
29.03.2023 14:22
Aa
dəq

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Siso Azərbaycanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya “Dayanıqlı İnkişaf Məqsədlərinə” nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir.

O, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürülən Emi Pope üçün təbliğat aparacaq.

Qeyd edək ki, M.Sison ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilat İşləri Bürosuna rəhbərlik edir. Altı diplomatik missiyası (Cenevrə, Monreal, Nayrobi, Nyu-York, Roma və Vyana) olan büro Birləşmiş Millətlər Təşkilatında və digər çoxsahəli təşkilatların geniş spektrində ABŞ siyasətini hazırlayır və həyata keçirir. Təşkilatın əsas missiyası daha effektiv və səmərəli BMT və çoxtərəfli sistem vasitəsilə ABŞ-nin maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi çoxtərəfli diplomatiyadan istifadə etməkdir.

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu