ABŞ Ədliyyə Nazirliyi milyarder İlon Maskın “SpeysX” şirkətini məhkəməyə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin məhkəməyə verilməsinin səbəbi qaçqınların işə götürülməsində ehtimal olunan diskriminasiyadır.
İddia olunur ki, təxminən 2018-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər “SpeysX” mütəmadi olaraq sığınacaq axtaranların və qaçqınların vətəndaşlıq statuslarına görə müraciətlərini rədd edib. Bunun “İmmiqrasiya və vətəndaşlıq haqqında” Qanunun pozulması olduğu bildirilir.