Operativ Məlumat Mərkəzi

ABŞ Fələstin pasportu sahiblərinə verilən vizaları dayandırdı

1 dəq
Paylaş:
ABŞ Fələstin pasportu sahiblərinə verilən vizaları dayandırdı
bununla bağlı "New York Times" məlumat yayıb. Qəzetin 4 amerikalı rəsmiyə istinadla verdiyi məlumata görə, daha əvvəl Qəzza sakinlərinə bütün ziyarətçi...

ABŞ Prezidenti Donald Trampın administrasiyası Fələstin pasportu sahiblərinə miqrasiya məqsədi daşımayan vizaların verilməsini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "New York Times" məlumat yayıb.

Qəzetin 4 amerikalı rəsmiyə istinadla verdiyi məlumata görə, daha əvvəl Qəzza sakinlərinə bütün ziyarətçi vizalarının dayandırıldığını elan edən ABŞ hökuməti bu istiqamətdə yeni bir addım atıb.

ABŞ Dövlət Departamenti 18 avqust tarixində bütün səfirliklərə göndərdiyi bir qeydiyyatda, İordan çayının qərb sahilindən və Fələstin diasporasından olan şəxslərə qeyri-immiqrasiya vizalarının verilməsinin dayandırılması göstərişini verib.

Bu addım tibbi müalicə, universitet təhsili, ziyarət və iş səfərləri kimi səbəblərlə ABŞ-ə gəlmək istəyən Fələstin pasportu sahiblərinə verilən vizalara təsir göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər