Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Times of Israel"ə istinadən xəbər verir ki, Blinken baş nazir Benyamin Netanyahu, prezident İsaak Hersoq və digər yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşməyi planlaşdırır.
Görüşlərdə bölgədəki vəziyyət əsas müzakirə mövzusu olacaq.
Dövlət katibi qeyd edib ki, Amerika vətəndaşları da daxil olmaqla, girovların axtarışı və azad edilməsi üçün dövlətlər birlikdə çalışacaqlar.