ABŞ Dövlət Departamenti Türkiyə-ABŞ münasibətlərində yeni tərəfdaşlıq dövrü olduğunu vurğulayır

ABŞ Dövlət Departamenti Türkiyə-ABŞ münasibətlərində yeni tərəfdaşlıq dövrü olduğunu vurğulayır
21.05.2025 14:35
Aa
dəq

ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısında Suriyanın ərazi bütövlüyünün əhəmiyyətinin və güclü ikitərəfli münasibətlərdə yeni tərəfdaşlıq dövrünün vurğulandığını bildirib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısı ilə bağlı yazılı açıqlama verib.

"Xarici işlər nazirinin müavini Kristofer Landau Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz ilə görüşüb. Landau ABŞ və Türkiyə arasında möhkəm ikitərəfli əlaqələrin yeni tərəfdaşlıq dövrü olduğunu və iki ölkənin sülh və ticarət kimi ortaq məqsədlərə uyğun olaraq geniş sahələrdə əməkdaşlığı genişləndirdiyini vurğulayıb". , - açıqlamada deyilir.

Həftənin ən çox oxunanları