ABŞ-in cənub və orta qərbində həftə sonu baş verən dağıdıcı tornadolardan sonra ən azı 32 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, martın 31-dən bəri 80-dən çox tornado qeydə alınıb.
Arkanzas, Tennessi, İllinoys, İndiana, Alabama və Missisipi kimi ştatların hamısında ölüm halları qeydə alınıb.