ABŞ-də gecə yarısı hava limanı yaxınlığında Sakit okeana düşən təyyarənin axtarışları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəzaya uğrayan təyyarənin növü ilə bağlı məlumat paylaşmayan rəsmi, təyyarədə neçə nəfərin olduğu ilə bağlı heç bir açıqlama verməyib. ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəzaya uğrayan təyyarənin yerini müəyyən etməyə çalışdıqları və axtarış işlərinin davam etdiyi bildirilib.