Operativ Məlumat Mərkəzi

ABŞ-də keçirilən seçkilər Azərbaycana nə vəd edir? - AÇIQLAMA

9 dəq
Paylaş:
ABŞ-də keçirilən seçkilər Azərbaycana nə vəd edir? - AÇIQLAMA
Amerikalılar növbəti prezidenti seçmək üçün 2024-cü ilin noyabrında seçki məntəqələrinə gedəcəklər. Respublikaçılar və Demokrat partiyalarından...

Amerikalılar növbəti prezidenti seçmək üçün 2024-cü ilin noyabrında seçki məntəqələrinə gedəcəklər. Respublikaçılar və Demokrat partiyalarından ABŞ-nin dövlət başçısı vəzifəsinə namizədlər Donald Tramp və Kamala Harrisdir. Hazırki prezident Co Bayden isə postu uğrunda mübarizə aparmayacaq.

Bəs ABŞ-də keçirilən seçkilər nə vəd edir? Bu seçkilər ABŞ-Azərbaycan əlaqələrinə necə təsir edəcək? İki ölkə arasında əməkdaşlıq hansı formada davam edəcək?

ABŞ-də keçiriləcək seçkilər ilə bağıı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Baydenin namizədliyi qüvvədə ikən mübarizənin favoriti açıq-aşkar Donald Tramp idi.

“Baydenin yaşı, koqnitiv keyfiyyətlərinin şübhə doğurması və qeyri-adekvat davranışları Amerika seçicilərinin gözündə onun prezidentliyin öhdəsindən gələ bilməyəcəyi ilə bağlı rəy yaratdı. Xüsusən də Trampa sui-qəsd hadisəsindən və respublikaçılar partiyasının böyük qurultayının keçirilməsindən sonra Trampın mövqeləri daha da möhkəmləndi. Amma demokratların öz namizədini dəyişdirməsi, daha doğrusu Baydenin yarışdan çəkilərək Kamala Harrisin namizədliyini dəstəkləməsi vəziyyəti tamamilə dəyişdi. Bayden tərəfindən atılan bu addım demokratların daxilində və onların tərəfdarları arasında böyük bir həyəcan yaratdı. Məhz bu həyəcanın təsiri ilə Kamala Harrisin namizədliyinin açıqlanmasından sonrakı bir həftə ərzində demokratlar çox böyük miqdarda kampaniyaları üçün ianələr topladılar”.

Kamala Harris campaigns with running mate Tim Walz in Philadelphia: 'It's a fight for the future' • Rhode Island Current

Politoloq deyir ki, onlar təxmini 200 milyondan çox ianə topladılar. Bu, ABŞ siyasi tarixində bir həftə ərzində toplanan ən böyük ianə məbləğidir. Eləcə də Kamala Harrisin kampaniyasına qoşulan könüllülərin sayı da kəskin şəkildə artdı. 170 mindən çox gənc onun kampaniyasına qoşuldu və könüllülərin sayı hər gün getdikcə artmaqdadır. Yəni Kamala Harrisin namizədliyi ABŞ daxilində demokratlar və ümumilikdə anti-Tramp düşərgəsində böyük bir həyəcan yaratdı. Amma böyük həyəcanı biz Kamala Harrisin şəxsi keyfiyyətləri və liderlik xüsusiyyətləri ilə əlaqələndirsək, yanlış etmiş olarıq. Bu həyəcan onunla bağldır ki, Baydenin namizədliyi dövründə demokratlar içərisində çox böyük məyusluq var idi və ümidsizlik yaranmışdı:

“Yəni Trampın bütün sorğularda öndə olması, Baydenin görüntüsü və vəziyyəti demokratlar içərisində ümidsizlik yaratdı. Birdən-birə Baydenin namizədliyini geri götürməsi və yeni namizədin ortaya çıxması isə bu həyəcanın əsas səbəbidir. Kamala Harrisin şəxsi keyfiyyətləri və liderlik qabiliyyəti bundan sonrakı mərhələdə ortaya çıxacaq. Seçkilərin taleyi kampaniya dövründə onun özünü necə göstərəcəyindən asıldır. Bu gün etibarı ilə Kamala Harrisin bu yarışın favoriti olduğunu deyə bilmərik. Çünki şanslar bərabərləşib. Baydenin namizədliyi dövründə Tramp açıq-aşkar öndə idi və Bayden namizədliyini geri çəkməsə idi, Trampın seçiləcəyinə heç bir şübhə yox idi. Amma bu gün etibarı ilə şanslar yarı-yarıdır. Kampaniya yeni başlayır, bu baxımdan da kimin qalib gələcəyini söyləyə bilmərik. Bu mümkün deyil”.

Yes, the election was all about Trump

ABŞ-də prezidentlik yarışının əsasən 7-8 ştatda getdiyini vurğulayan Ş.Cəfərli bildirir ki, bu ştatlar birmənalı hansısa partiyaya yaxın olmayan ştatlardır. ABŞ-də ştatların seçimi adətən əvvəlcədən məlum olur. Hansı ştatın demokratlara, hansı ştatın respublikaçılara səs verəcəyi bəllidir. Cəmi 7-8 mübahisəli ştat var ki, orada yarışın nəticələrini qabaqcadan söyləmək mümkün deyil. Məhz bu səbəbdən namizədlər öz seçki kampaniyalarını əsasən həmin ştatlarda aparırlar və toplanan ianələr də həmin ştatların ərazisində reklam kampaniyaları üçün xərclənir. Keçirilən son sorğular göstərir ki, bu mübahisəli və yelləncək ştatlarda hazırki vəziyyət qeyri müəyyəndir.

Müsahibimiz əlavə edir, hər iki namizədin səsləri bir-birinə çox yaxındır. Yəni bu mərhələdə bir namizəd digər namizəd üzərində hər hansı bir üstünlük qura bilməyib. Bu isə aparılacaq kampaniyadan asılı olacaq. Üç aylıq bir müddət var və bu müddətdə hansı namizəd tərəddüd edən, seçimini etməmiş seçicilər arasında özünü daha yaxşı göstərsə, onları inandıra bilsə, həmin namizəd qalib gələcək.

“Hansı namizədin Azərbaycana nə vəd etməsi sualına gəldikdə isə bu, biraz mübahisəli məsələdir. Amma biz bilirik ki, Azərbaycan hakimiyyəti məhz Trampın qalib gəlməsini istəyir. Hətta prezident öz çıxışında da bunu qeyd etdi. O, açıq şəkildə bunu bildirdiyi üçün biz də deyə bilərik ki, Trampın tələbəsinə ümid bəsləyir. Bu da onunla əlaqəlidir ki, Azərbaycan hakimiyyəti Amerikada liberal demokrat düşərgəni təmsil edən siyasətçilərə güvənmir. Ümumilikdə liberal demokrat liderlərin qlobal vizyonu Azərbaycan hakimiyyətinin vizyonu ilə üst-üstə düşmür. Azərbaycan hakimiyyəti Amerika mühafizəkarlarının - respublikaçıların hakimiyyətə gəlməsini daha çox arzulayır. Bu baxımdan Kamala Harris Azərbaycan hakimiyyəti üçün müəyyən dərəcədə arzuolunmaz namizəd kimi görünür. Amma açığı mən buna da çox qatılmıram. Çünki bunlar mübahisəli fikirlərdir”.

Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri | "Nuhçıxan" İnformasiya Agentliyi

Müsahibimiz deyir ki, demokrat prezidentlərinin hakimiyyəti dövründə Azərbaycan-Amerika münasibətlərini müşahidə etmişdik. İstər Bill Klintonun, istər Obamanın, istərsə də Baydenin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin xüsusi olaraq pisləşməsini müşahidə etməmişik. Əksinə Azərbaycan prezidenti yeganə olaraq məhz demokratların, Bill Klintonun dövründə Amerikaya səfərə dəvət olunmuşdu. Amerikaya rəsmi səfər etmiş yeganə Azərbaycan Prezidenti Heydər Əliyevdir. Ondan sonra prezidentlər səviyyəsində hər hansı rəsmi səfər olmayıb. Tramp 4 il prezident oldu, amma o müddətdə Azərbaycan prezidenti ABŞ-ə rəsmi səfərə dəvət olunmadı. Halbuki Qazaxıstan, Özbəkistan prezidenti dəvət olunub. Yəni respublikaçıların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərində xüsusi yüksəliş, xüsusi sıçrayış müşahidə etmədik.

“Ona görə də demokratlar gəlsə, pis olar, respublikaçılar gəlsə, yaxşı olar və ya əksinə demokratlar gəlsə, yaxşı olar, respublikaçılar gəlsə, pis olar kimi birmənalı qiymətləndirmələrə qətiyyən qatılmıram. Bu məsələ daha çox siyasi-fəlsəfi xarakter daşıyır. Yəni Azərbaycan hakimiyyətinin vizyonu, fəlsəfəsinə görə respublikaçılar daha rahat tərəfdaşdır, nəinki demokratlar. Çünki demokratlar idealist olurlar, demokratiya, insan haqqları məsələlərini daha çox qabardırlar, zaman-zaman gündəmə gətirirlər. Yəni bu baxımdan onlar Azərbaycan hakimiyyəti üçün biraz rahat tərəfdaş deyillər. Bu səbəbdən Azərbaycan hakimiyyəti respublikaçılara üstünlük verir. Amma dövlət maraqları baxımından xüsusi bir fərq görmürəm. İstər demokratıar hakimiyyətdə olsun, istər respublikaçılar hakimiyyətdə olsun ABŞ-Azərbaycan münasibətlərində hər hansı adekvat dəyişikliklər olacağını gözləmirəm”.

Politoloq qeyd edir ki, əksinə, respublikaçılar bizim regiona daha az diqqət göstərirlər. Tramp və onun çevrəsindəki insanların qlobal vizyonuna nəzər salsaq, onlar üçün post-sovet məkanı əhəmiyyət kəsb etməyən regiondur. Onlar post-sovet regionuna önəmli və vacib region kimi baxmırlar. Onların əsas diqqəti Asiya, Sakit Okean regionuna yönələcək. Onlar üçün əsas problem Çin məsələsidir və onlar hakimiyyətə gəlsələr, xarici siyasətdə əsas diqqətlərini o istiqamətə yönəldəcəklər, post-sovet məkanlar isə onlar üçün ikinci, üçüncü dərəcəli region olacaq. Yəni bu regionda ancaq Ukrayna müharibəsi xüsusi bir əhəmiyyət daşıyır. Respublikaçılar da məhz bu problemə diqqət ayıracaqlar. Qalan digər məsələlər isə onlar üçün vacib deyil.

Mədinə Useynova

Şahin Cəfərli: "ReAl Partiya bitib, əliqanlı diktatoru dəstəkləyəcək səviyyəyə gəlib çıxıb" Pravda.az

Bu xəbəri paylaş

Oxşar xəbərlər