Operativ Məlumat Mərkəzi

ABŞ-də daha bir atışma olub, ölən və yaralananlar var

1 dəq
Paylaş:
ABŞ-də daha bir atışma olub, ölən və yaralananlar var
ABŞ-in Çiko şəhərində (Kaliforniya) əyləncə mərasimində atışma nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in...

ABŞ-in Çiko şəhərində (Kaliforniya) əyləncə mərasimində atışma nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə yerli polisə istinadən ABC teleşirkəti məlumat yayıb.

Polis rəisi Billi Oldric telekanala bildirib ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları altı nəfəri güllə yarası ilə aşkar ediblər. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilsə də, 17 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

“Los Angeles Times”ın məlumatına görə, hadisə 14 000 tələbəsi olan Çikodakı Kaliforniya Universitetindən bir qədər aralıdadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər