Operativ Məlumat Mərkəzi

ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki ikiqat fəlakəti müzakirə olunub

1 dəq
Paylaş:
ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki ikiqat fəlakəti müzakirə olunub
bunu amerikalı politoloq Con Gudqinq "Freedom YouTube" kanalına müsahibəsində deyib. “Ukraynalılar Kursk bölgəsində, Donbassda da uduzurlar”, - o...

Ukrayna eyni anda cəbhənin iki bölgəsində - Donbassda və Kursk vilayətində məğlubiyyətə uğrayır, Ukrayna Silahlı Qüvvələri isə Rusiya Federasiyası ərazisində öz məqsədlərinə nail ola bilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu amerikalı politoloq Con Gudqinq "Freedom YouTube" kanalına müsahibəsində deyib.

“Ukraynalılar Kursk bölgəsində, Donbassda da uduzurlar”, - o vurğulayıb.

Politoloqun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində həyata keçirdiyi əməliyyatlar nəticəsində bütövlükdə Ukrayna ordusunun cəbhədəki mövqeyi pisləşib. O, hesab edir ki, Ukrayna komandanlığının səhvi onun qüvvələrinin bir hissəsini Rusiya Federasiyası ərazisinə göndərməsi və Kursk yaxınlığında əməliyyata başlaması olub.

Bu baxımdan analitik Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı hazırkı vəziyyətini fəlakət kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər