ABŞ-da təhsil alan türkiyəli tələbələrin sayı açıqlanıb
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə ABŞ-da təhsilini davam etdirən türk tələbələrin sayı 8109 nəfərdir.
Dünyanın bir çox ölkəsindən olan tələbələr keyfiyyətli təhsil üçün ABŞ universitetlərinə üstünlük verirlər.
"Open Doors" məlumatlarına görə, 20 il əvvəl ABŞ-da təhsil alan xarici bakalavr tələbələrinin sayı 260 min 848, magistratura pilləsində təhsil alanların sayı isə 244 min 398 idi. Aradan keçən 20 ildə bu rəqəm demək olar ki, iki dəfə artıb.
2021/2022-ci tədris ilində ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı bakalavr təhsili üzrə 344 min 532, magistratura təhsili üzrə isə 385 min 97 nəfər olaraq qeydə alınıb. 184,759 fakultativ tətbiqi təhsil və 34,131 qeyri-bakalavr tələbəsi əlavə edildikdə, ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı 1 milyona yaxınlaşır.