Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına, xüsusən də aviasiya sektoruna ciddi təsir göstərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bir çox ölkələr Rusiya aviaşirkətlərinə öz hava məkanlarına daxil olmağı qadağan edib.
Bu səbəbdən bir çox Rusiya təyyarəsi bütün dünyada qapalı qalıb.
Onlardan biri 395 gün əvvəl Kanadaya eniş edən və sanksiyalar səbəbindən Toronto Pearson Beynəlxalq Hava Limanında qapalı qalan Volqa-Dnepr Hava Yollarına məxsus Antonov An-124 təyyarəsidir.
Çindən Covid-19 test dəsti gətirmək üçün 27 fevral 2022-ci ildə Kanadaya enən təyyarə havaya qalxa bilmədiyi üçün hər gün parkinq haqqı ödəməlidir.
Toronto Pearson Hava Limanında təyyarələr üçün 1 günlük parkinq haqqı 1065,60 CAD təşkil edir. 395 gündən sonra bu rus təyyarəsinin yığılmış parkinq haqqı borcu 420 min 912 Kanada dolları oldu. Onun ABŞ dolları ilə ekvivalenti 309 min 588 dollardır.
Transport Canada 200 tonluq təyyarənin mülkiyyətini ələ keçirməyib. Təyyarə hələ də Volqa-Dnepr Hava Yollarına məxsusdur.