Əsas məzmuna keç

ABŞ-də banka hücum edərək 5 nəfəri öldürən şübhəlinin silahını qanuni yolla aldığı açıqlanıb

ABŞ-də banka hücum edərək 5 nəfəri öldürən şübhəlinin silahını qanuni yolla aldığı açıqlanıb

Louisville polisinin yaydığı press-relizdə 23 yaşlı Konnor Sturgeon adlı şəxsin işçisi olduğu banka hücumda istifadə edilən uzun lüləli silahı bir müddət...

5 nəfərin ölümünə səbəb olan silahlı hücumu yas tutarkən, hücumu həyata keçirən şəxslə bağlı təəccüblü bir həqiqət üzə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Louisville polisinin yaydığı press-relizdə 23 yaşlı Konnor Sturgeon adlı şəxsin işçisi olduğu banka hücumda istifadə edilən uzun lüləli silahı bir müddət əvvəl qanuni aldığı bildirilib.

Baş rəisinin müavini Aaron Crowell şübhəlinin AR-15 tipli yarı avtomatik tüfəngdən istifadə etdiyini təsdiqləsə də, əlavə məlumat verməyib.

Krouell hücumun 9 dəqiqə ərzində baş verdiyini, polisin ilk xəbərdən 3 dəqiqə sonra hadisə yerinə gəldiyini və bundan 3 dəqiqə sonra təcavüzkarı zərərsizləşdirdiyini bildirib.

Kentukki Ştat Assambleyasının üzvü Morgan McGarvey də mətbuat konfransında Sturgeon-un intihara meylli olduğunu və əlaqə saxladığı bir şəxslə hücum etmək fikrini paylaşdığını və yazılı qeyd buraxdığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…