ABŞ Almaniyadakı hərbi texnikasını Ermənistandakı təlim zonasına köçürmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RT sənədlərə əsasən məlumat yayıb.
Bildirilir ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək. İyulun 16-da keçirilməsi planlaşdırılan tədbirin avqustun 7-dək davam edəcəyi gözlənilir. Almaniyaya dönüş 21 avqust - 20 sentyabr 2025-ci il tarixləri arasında planlaşdırılır.
Məlumata görə, nəqliyyat vasitələri, generatorlar və xüsusi konteynerlər də daxil olmaqla ümumilikdə 151 texnikanın daşınması gözlənilir.