Əsas məzmuna keç

ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır. "Operativ Məlumat...

ABŞ Prezidenti Trampın administrasiyası lideri Nikolas Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi sənəddə göstərildiyi kimi, söhbət "Dassault Falcon 200" təyyarəsindən gedir. Bu hava gəmisi Venesuela prezidenti və ölkənin digər yüksək vəzifəli şəxsləri tərəfindən Yunanıstan, Kuba, və də daxil olmaqla xarici ölkələrə uçuşlar üçün istifadə edilir ki, bu da Amerika administrasiyasının fikrincə, ABŞ sanksiyalarının pozulmasıdır.

"AP"nin məlumatına görə, ABŞ Marko Rubio hazırda Maduronun hava gəmisinin olduğu Dominikan Respublikasının paytaxtı Santo-Dominqoya səfəri zamanı təyyarənin həbsi barədə elan etmək niyyətindədir.

Müsadirənin həyata keçirilməsi üçün Dövlət Departamentinin rəhbəri təyyarənin saxlanması və xidməti üçün 230 min dollar ayırmaq məqsədilə xarici yardımın dondurulması haqqında fərmandan istisna tələbi imzalamalı olub.

Agentlik qeyd edir ki, təyyarənin həbsi barədə qərarın təsdiqlənməsi həmçinin ABŞ Ədliyyə Nazirliyinin təsdiqini tələb edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…