Operativ Məlumat Mərkəzi

ABŞ 2022-ci ildən bəri Ukraynaya 81 milyard dollar yardım edib

2 dəq
Paylaş:
ABŞ 2022-ci ildən bəri Ukraynaya 81 milyard dollar yardım edib
{"az":"bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter jurnalistlərə açıqlamasında qeyd edib. ABŞ-ın yeni yardım...","en":"","ru":""}

Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ilin fevralından bəri ABŞ-nin Ukraynaya yardımının 81 milyard dollara çatdığı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter jurnalistlərə açıqlamasında qeyd edib.

ABŞ-ın yeni yardım göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandıran Karpenter, “Bu yaxınlarda əlavə maliyyələşdirmə ilə bağlı qanun qəbul etdik. Unutmaq olmaz ki, müharibə başlayandan bəri biz Ukraynaya təxminən 81 milyard dollar yardım etmişik. Bunun 51 milyard dolları hərbi yardımdır",- deyə qeyd edib.

Gələcəkdə nə olacağı ilə bağlı məlumat verməyən Karpenter “Bildiyiniz kimi ilin sonunda seçki var. Biz Ukraynanın müharibədə ehtiyaclarını ödəmək üçün mümkün qədər imkanları necə artıra biləcəyimizə diqqət yetirmişik. Biz bilirik ki, hazırda prioritet ehtiyaclardan biri hava hücumundan müdafiədir. Buna görə də biz müttəfiqlərimizlə Ukraynaya daha effektiv hava hücumundan müdafiəni necə təmin edə biləcəyimiz barədə danışırıq",- deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər