Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Abbas Əraqçi Pakistanla telefon danışığının detallarını açıqladı

2 dəq
Paylaş:
Abbas Əraqçi Pakistanla telefon danışığının detallarını açıqladı

İranın naziri ƏraqçiPakistanın xarici işlər naziri İshaq Dar arasında baş tutan son telefon danışığında regiondakı gərginlik, eləcə də sülh və sabitliyin bərpası yolları müzakirə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Abbas Əraqçi özünün rəsmi "Telegram" kanalında məlumat paylaşıb. Bildirilib ki, şənbə gecəsi baş tutan təmas zamanı ən son regional proseslər və ikitərəfli münasibətlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Pakistan tərəfi İrana qarşı hərbi təcavüzün dayandırılması üçün ölkəsinin xoşməramlı diplomatik səylərini izah edib. Həmçinin, regionda sabitliyin bərpası məqsədinə çatmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Öz növbəsində Abbas Əraqçi bu səyləri təqdir edərək, son 35 gün ərzində ABŞİsrailin həyata keçirdiyi hücumlar barədə həmkarına məlumat verib. O qeyd edib ki, bu zərbələr İranın istehsalat və sənaye infrastrukturlarına, dinc nüvə obyektlərinə, xəstəxanalara, məktəblərə, universitetlərə və yaşayış məntəqələrinə yönəlib.

"İran bütün imkanlardan istifadə etməklə ölkənin milli suverenliyi və bütövlüyünü qətiyyətlə müdafiə edəcək," – deyə İranın xarici işlər naziri bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax