İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının İranla əməkdaşlıq edən ticarət gəmiləri üçün açıq qaldığını bildirib və bölgədəki nasazlıqlara görə ABŞ-ni ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Abbas Əraqçi bu barədə BRICS xarici işlər nazirlərinin Yeni Dehlidə keçirilən görüşü çərçivəsində dövlət mediasına açıqlamasında danışıb.
Nazir bildirib ki, Tehran gəmiçilik fəaliyyətinə mane olmur və Vaşinqtonun İrana qarşı tətbiq etdiyi blokada qanunsuz xarakter daşıyır.
“Bizim üçün Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, lakin onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, - deyə Abbas Əraqçi vurğulayıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədə baş verən gərginlik beynəlxalq ticarətə təsir göstərir.