Əsas məzmuna keç

İran İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə etdi

İran İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə etdi

Tehran casusluq ittihamı ilə ABŞ, Britaniya və Türkiyədəki şəxslərin əmlakına əl qoydu. ANA agentliyinin yaydığı məhkəmə qərarının sensasion detalları məqalədə.

en ru

İranın orqanları İsraillə əməkdaşlıq və milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamları ilə əlaqədar olaraq onlarla şəxsə məxsus aktivlərin müsadirə olunması barədə qərar qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə dövlətə bağlı ANA agentliyi məlumat yayıb.

Məlumata görə, qərar və İsraillə əməkdaşlıq ittihamlarına görə cəzaları sərtləşdirən yeni qanun çərçivəsində verilib. Bildirilir ki, müsadirə edilən aktivlər müharibə zamanı zərər çəkmiş ərazilərin bərpasına yönəldiləcək.

Hesabatda qeyd olunur ki, barələrində araşdırma aparılan şəxslərin əksəriyyəti xaricdə yaşayır. Hədəfə alınanlar arasında , Almaniya, İraq, və ABŞ-də yaşayan şəxslərlə yanaşı, İran daxilində olan altı nəfərin də olduğu bildirilir.

İran məhkəmə orqanları ittihamlarla bağlı hər hansı dəlil təqdim etməyib.

Qeyd edək ki, məsələ ölkə daxilində və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…