Əsas məzmuna keç

AAYDA rəqəmsallaşma planını açıqladı

AAYDA rəqəmsallaşma planını açıqladı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni layihəyə start verir. İdarəetmədə rəqəmsal transformasiya və yol infrastrukturunun modernləşdirilməsi nələri dəyişəcək?

en ru

Yolları Dövlət Agentliyi () rəqəmsallaşma, və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AAYDA-ya istinadən xəbər verir. Müzakirələr agentliyin İdarə Heyətinin 2026-cı ilin birinci yarımilinin yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclasında baş tutub.

Qeyd olunub ki, bu xəritə, yol təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin daha çevik, şəffaf və səmərəli təşkili, eləcə də vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda strateji inkişaf prioritetləri, müasir idarəetmə prinsipləri və rəqəmsal transformasiya çağırışlarına uyğun olaraq agentlikdə həyata keçirilən struktur islahatlarının nəticələri, hesabat dövrü ərzində görülmüş işlər, icra olunan layihələr və qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında dövlətimizin rəqəmsal transformasiya siyasətinin əhəmiyyətini vurğulayaraq, idarəetmədə innovativ yanaşmaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin agentliyin əsas inkişaf istiqamətlərindən biri olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…