Əsas məzmuna keç

AAYDA: Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub

AAYDA: Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat...

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla yol-nəqliyyat hadisələri baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən yol ayrıcına çırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…