Əsas məzmuna keç

AAYDA Bakı və ətraf qəsəbələrdə yolötürücüləri yoxlayacaq

AAYDA Bakı və ətraf qəsəbələrdə yolötürücüləri yoxlayacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın nəqliyyat qovşaqlarında monitorinqə başlayır. Görəsən, körpü və estakadalarda hansı nöqsanlar aşkarlanacaq?

en ru

şəhəri və onun ətrafındakı qəsəbələrdə mövcud olan bir neçə yolötürücüsündə instrumental müayinə tədbirlərinin həyata keçirilməsinin davamı nəzərdə tutulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yolları Dövlət Agentliyi () məlumat yayıb.

Müayinə işlərinin aşağıdakı tarix və məkanlarda aparılması planlaşdırılır: 4 oktyabr - Ziya Bünyadov prospekti, "Çermet" yolötürücüsü, 10 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu kilometri (Ekologiya postu), 11 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı).

Verilən məlumata görə, müayinə tədbirləri qeyd olunan tarixlərdə gecə saat 1:00-dan 5:00-dək icra ediləcək.

"Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin olunmasına, ehtimal edilən risklərin vaxtında aşkar edilməsinə və təhlükəsizliyinin gücləndirilməsinə yönəlib", - AAYDA bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…