"Abituriyent" jurnalının 3-cü nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.