İranda müharibə dövründə bazarın idarə olunmasından məmnunluq yüksək olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın icraçı vitse-prezidenti Məhəmmədcəfər Qaempanah açıqlayıb.
Onun sözlərinə görə, aparılan milli sorğunun nəticələri göstərib ki, son müharibə dövründə vətəndaşların 82 faizi malların təchizatı və bazarın idarə olunmasından razı qalıb.
Qaempanah bildirib ki, əldə olunan nəticələr ölkənin iqtisadi və ticarət qurumlarının böhran şəraitində fəaliyyətinin səmərəliliyini nümayiş etdirir.
İcraçı vitse-prezident eyni zamanda Sənaye, Mədən və Ticarət Nazirliyinin müharibə dövründə gördüyü işləri yüksək qiymətləndirib.
Onun sözlərinə görə, nazirlik bazarda sabitliyin qorunması, əsas istehlak mallarının çatdırılması və təchizat zəncirinin fasiləsiz fəaliyyətinin təmin olunmasında mühüm rol oynayıb.