Operativ Məlumat Mərkəzi

Rusiya hücumu nəticəsində Xarrkovun 80%-i işıqsız qalıb

2 dəq
Paylaş:
Rusiya hücumu nəticəsində Xarrkovun 80%-i işıqsız qalıb

Rusiyanın Ukraynanın Xarkov şəhərinə və ətraf bölgələrə endirdiyi dron və raket zərbələri nəticəsində genişmiqyaslı dağıntılar baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, hücumlar nəticəsində şəhərin və regionun 80%-i elektrik enerjisiz qalıb.

Xarkov vilayətinin qubernatoru Oleh Sinequbov "Telegram" kanalı vasitəsilə yaydığı video-müraciətdə iki nəfərin yaralandığını bildirib.

" sistemimiz hücuma məruz qalıb və kifayət qədər ciddi zərər görüb. Bütün briqadalar fəsadların tezliklə aradan qaldırılması üçün çalışır" - deyə Sinequbov qeyd edib.

O, həmçinin əlavə edib ki, davam edən hava təhlükəsi təmir işlərini çətinləşdirir.

Şəhər meri İqor Terexovun sözlərinə görə, havanın temperaturunun mənfi 14 dərəcəyə düşdüyü bir vaxtda enerji obyektlərindən biri hədəf alınıb. Hücum zamanı bir məktəb binasına da ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə sərhədindən 30 km məsafədə şəhərin tamamilə qaranlığa qərq olduğu və binaların daxili hissələrinin dağıldığı əks olunub.

Eyni zamanda, Prezidenti Volodimir Zelenskinin doğma şəhəri olan Krivoy Roqda da dron hücumu qeydə alınıb. Şəhər hərbi administrasiyasının rəhbəri Oleksandr Vilkulun "Telegram"da paylaşdığı məlumata görə, çoxmərtəbəli yaşayış binasına dəyən zərbə yanğına səbəb olsa da, sakinlər təhlükəsiz şəkildə təxliyə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax