8 martı bayram kimi qeyd etməyən ölkələr

8 martı bayram kimi qeyd etməyən ölkələr
08.03.2023 15:13
Aa
dəq

1977-ci ildə BMT 8 mart tarixini qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edib. O vaxtdan sonra 8 mart dünyada qadın həmrəyli günü kimi qeyd edilir. Bəzi dövlətlərdə bu gün hətta qeyri-iş günü-bayram kimi elan edilib. Azərbaycan da daxil olmaqla bir neçə ölkədə 8 mart qeyri-iş günüdür.

Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. “Nənələr bayramı” adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.

Çində 8 mart qadınlar bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx işləri, ən başlıcası isə xörək hazırlamaq bəylərin birbaşa vəzivəsi və borcu sayılır.

Tacikstanda 8 mart günü ölkə başçısının sərəncamı ilə rəsmi olaraq “Analar günü” kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşaiyət olunur.

Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.

Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü təntənə ilə qeyd olunur. Bayram günündə Azərbaycan kişiləri sevgilərini, ehtiramlarını və hədiyyələrini öz xanımlarına ərməğan edirlər.

 Amma dünyanın bir çox ölkələrində bu gün bayram kimi deyil, sadəcə BMT-nin tərtib etdiyi təqvim kimi qeyd edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" 8 martı bayram kimi qeyd etməyən ölkələri adlarını təqdim edir.


1.  ABŞ
2.  Kanada
3.  Braziliya 
4.  Argentina
5.  Fransa
6.  Böyük Britaniya
7.  Almaniya
8.  İspaniya
9.  İtaliya
10.  Belçika
11.  Portuqaliya
12.  Türkiyə
13.  İran
14.  Hindistan
15.  Pakistan
16.  Cənubi Koreya
17.  Ərəb ölkələri
18.  Yaponiya
19.  Avstraliya
20.  Banqladeş
21.  Finlandiya
22.  Norveç
23.  İsveç
24.  Niderland
25.  İsveçrə
26.  Afrikanın əksər ölkələri

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu