Əsas məzmuna keç

79 nömrəli marşrut xəttində avtobuslar tamamilə yenilənir

79 nömrəli marşrut xəttində avtobuslar tamamilə yenilənir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 79 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görür.

en ru

Agentliyindən verilən məlumata görə, 79 nömrəli xəttində istismar olunan avtobus parkı tamamilə yenilənir. Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə birləşdirən bu xətt üzrə nəqliyyat vasitələrinin bir hissəsi artıq ötən ilin oktyabr ayında yenilənmişdi.

İyunun 1-dən etibarən isə xəttə ekoloji cəhətdən təmiz, CNG mühərrikli yeni avtobuslar cəlb olunacaq. Bununla da marşrut üzrə ümumilikdə 16 avtobus 7 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Xidmət şərtləri:

  • Ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.
  • Gedişhaqqı 0,60 AZN təşkil edir.

Qeyd edək ki, son dövrlərdə mediada 79 nömrəli marşrut xəttində hərəkət intervallarının pozulması və xüsusilə axşam saatlarında avtobusların tapılmasında çətinliklər yaşanması ilə bağlı şikayətlər yer alırdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…