Yaponiyanın cənubunda yerləşən Kumamoto prefekturası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata əsasən, nəticədə 50-dən çox insan yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:27-də Kumamoto prefekturasının Uki və Hikava rayonları yaxınlığında baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Agentlik bildirib ki, zəlzələ Kumamotonun Yatsuşiro, Uto və Maşiki rayonlarında da güclü şəkildə hiss olunub.
Qeyd olunub ki, zəlzələdən sonra Kumamoto sahillərində yerləşən Yatsuşiro dənizi ətrafı üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.