Əsas məzmuna keç

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur

Naxçıvanın Şərur Peşə Liseyində Elza İsmayılova aşpazlıq, nəvəsi İlqar isə elektrik quraşdırılması sənəti üzrə təhsil alaraq dərslərini birgə hazırlayırlar.

en ru

Naxçıvanın Şərur rayonunda maraqlı mənzərə yaşanır. 63 yaşlı İsmayılova 16 yaşlı nəvəsi İlqar İsmayılovla eyni liseydə alır. Nənə və nəvə Şərur Liseyində fərqli ixtisaslar üzrə bilik və bacarıqlarını artırırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 16 yaşlı İlqar elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisasına yiyələnir. O, bu peşəyə marağının ailəsindən gəldiyini deyir. Belə ki, babası da elektrik işləyib və İlqar onun yolunu davam etdirmək istəyir.

Nəvə ilə nənə təkcə eyni təhsil müəssisəsində oxumur, həm də dərslərini bir-birinə kömək edərək hazırlayırlar.

Elza İsmayılova isə aşpazlıq ixtisası üzrə təhsil alır.

Üç övladı və altı nəvəsi olan 63 yaşlı qadın əvvəllər də yemək bişirməklə məşğul olub. İndi isə bu sahənin incəliklərini daha dərindən öyrənmək istəyir. Ailəsi də onun qərarını dəstəkləyib.

Elza xanım nəvəsi ilə eyni liseydə oxumağın ona xoş hisslər yaşatdığını deyir. Onun sözlərinə görə, yaş öyrənmək və yeni biliklər qazanmaq üçün maneə deyil.

O, yenidən təhsil almaq istəyən yaşıdlarını da bu addımı atmağa çağırır. Çünki öyrənməyin yaşı yoxdur, insan istənilən yaşda özünü inkişaf etdirə və yeni bir peşəyə yiyələnə bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…