Türkiyənin Fəlakətlər və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 10:00-da Malatya vilayətinin Battalqazi rayonunda “Rixter” cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub.
“Operativ Məlumat Mərkəzi-OMM” Anadolu agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar 7,3 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə məlumat verilməyib.