Operativ Məlumat Mərkəzi

Dörd qeyri-qanuni miqrant La-Manş boğazını keçmək istəyərkən həyatını itirib

1 dəq
Paylaş:
Dörd qeyri-qanuni miqrant La-Manş boğazını keçmək istəyərkən həyatını itirib
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, Manş və Şimal dənizi qubernatorluğundan verilən açıqlamaya görə, saat 04.30 radələrində Fransız xilasetmə...

Fransa ilə İngiltərə arasında La-Manş boğazını keçməyə çalışan 4 qeyri-qanuni immiqrantın öldüyü, 56 immiqrantın isə xilas edildiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Manş və Şimal dənizi qubernatorluğundan verilən açıqlamaya görə, saat 04.30 radələrində Fransız xilasetmə gəmisi "Minck" La-Manş boğazında keşik çəkərkən nizamsız mühacirləri daşıyan qayığın batdığını və çox sayda insanın dənizdə olduğunu təsbit edib.

Qubernatorluq hər gün 600-dən çox ticarət gəmisinin Manş boğazından keçdiyi və bu ərazinin riskli olduğu barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Keçən il Fransadan İngiltərəyə təxminən 30 min immiqrant Manş boğazını keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər