Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ankarada 36-cı NATO Zirvəsi başlayır: Gündəmdə qlobal təhlükəsizlik məsələləri var

2 dəq
Paylaş:
Ankarada 36-cı NATO Zirvəsi başlayır: Gündəmdə qlobal təhlükəsizlik məsələləri var

Bu gün Ankara şəhərində Administrasiyasının kompleksində NATO-nun 36-cı Liderlər Zirvəsi öz işinə başlayır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iki gün davam edəcək tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcək, iclaslara isə NATO-nun Mark Rutte rəhbərlik edəcək.

Bildirilir ki, sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, 31 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də dəvət olunmuş digər ölkələrin liderləri iştirak edəcəklər. Tədbirlə əlaqədar Prezident Administrasiyasının kompleksi minlərlə diplomat, yüksəkvəzifəli məmur və qonağı qəbul etmək üçün tam hazırlıq vəziyyətinə gətirilib.

Qeyd olunur ki, zirvə çərçivəsində alyansın gələcək fəaliyyət istiqamətləri, qlobal və regional məsələləri, həmçinin qarşıdakı dövr üçün əsas prioritetlər müzakirə ediləcək.

Ekspertlərin fikrincə, sammit həm gündəliyinin aktuallığı, həm də Türkiyənin qlobal siyasətdə artan rolunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax