Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

2026-cı il Dünya Çempionatı: Pley-offa kimlər yüksələcək? – Proqnozlar

2 dəq
Paylaş:
2026-cı il Dünya Çempionatı: Pley-offa kimlər yüksələcək? – Proqnozlar

2026-cı il artıq qızğın fazaya daxil olub. 48 komandanın iştirak və 12 qrupa bölündüyü bu mötəbər turnirdə ilk tur arxada qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Opta” analitik mərkəzi komandaların mərhələsinə yüksəlmək şanslarını statistik məlumatlar əsasında qiymətləndirib.

Yeni formatda 1/16 finala hər qrupdan ilk iki yeri tutan komandalar birbaşa vəsiqə qazanır. Bundan əlavə, üçüncü yeri tutan 12 komandadan ən yaxşı göstəriciyə malik 8-i də növbəti mərhələyə adlayır. Xallar bərabər olduqda isə FIFA-nın tətbiq etdiyi xüsusi meyarlar (tay-breykerlər) işə düşür:

  • Komandaların bir-biri ilə oyunlarında topladığı xallar;
  • Şəxsi görüşlərdə qol fərqi;
  • Şəxsi görüşlərdə vurulan qolların sayı;
  • Bütün qrup oyunlarında qol fərqi və vurulan qollar;
  • “Fair-play” xalları (sarı və qırmızı vərəqələr);
  • FIFA reytinqindəki mövqe.
World Cup 2026 – What you need to know with a year to go - The Athletic

“Opta”nın riyazi hesablamalarına görə, bəzi nəhəng komandaların pley-offa yüksəlmə ehtimalı olduqca yüksəkdir. Xüsusilə, Almaniya (99,87%), Fransa (99,82%), Argentina (99,80%) və İngiltərə (99,74%) kimi yığmaların 1/16 finala çıxacağına demək olar ki, şübhə yoxdur.

Spain held to shock draw by Cape Verde in their World Cup opener | World Cup 2026 News | Al Jazeera

Braziliya (96,88%) və İspaniya (96,45%) da öz qruplarında favorit hesab olunurlar.

Statistik bəzi sürprizləri də ortaya qoyur. Məsələn, turnir başlamazdan əvvəl pley-offa çıxacağı gözlənilən Çexiya və yığmalarının hazırkı göstəricilərlə növbəti mərhələdən kənarda qalma ehtimalı yüksək qiymətləndirilir.

Australia stun Turkey with defensive masterclass at World Cup - The Japan Times

Əksinə, Yaponiya, Ekvador və Şotlandiya kimi komandaların pley-offa yüksəlmək şansları analitiklər tərəfindən kifayət qədər real hesab edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax