2023-cü ildə karyerasını başa vuran ulduz futbolçular

2023-cü ildə karyerasını başa vuran ulduz futbolçular
09.06.2023 13:58
Aa
dəq

2022-2023 mövsümünün bitməsi ilə bir çox ulduz futbolçu karyerasını bitirmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" karyerasını başa vuran futbolçuları təqdim edir:

1. Qeyri-adi qolları və bənzərsiz xarakteri ilə futbol tarixinin ən ikonik adlarından biri olan Zlatan İbrahimoviç futbolçu karyerasını Milanda başa vurub. İsveç əfsanəsi "Ayaks", "Yuventus", "İnter", "Barselona", ​​"Milan", PSJ, "Mançester Yunayted" kimi Avropanın nəhəng klublarında çıxış edib və bir çox kuboklara yiyələnib.

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 12. Emmanuel Adebayor "Arsenal", "Mançester Siti" və "Tottenhem" forması ilə Premyer Liqada bir çox matçda meydana çıxıb və əfsanəyə çevrilib.

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 23. "Tottenham"də parlayan Qaret Beyl "Real Madrid"dəki uğurları ilə adını futbol tarixinə yazdı. Uelsli oyunçu son olaraq MLS-də "Los Angeles FC"də oynadıqdan sonra təqaüdə çıxmaq qərarına gəlib. 

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 3 4. Türkiyənin əfsanəvi adlarından olan Burak Yılmaz bu həftə keçirdiyi mətbuat konfransında futbolu tərk etdiyini açıqlayıb. “Kral” ləqəbli hücumçu “Lill”, “Fortuna Sittard” və “Beijing Gouan” kimi komandalarda çıxış edib.

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 45. Fernando Llorente İspaniya Milli Komandası ilə Dünya Kuboku və Avropa Çempionatının sevincini yaşayıb. O, "Yuventus", "Tottenham", "Napoli", "Sevilla" kimi komandalarda oynayıb.

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 56. "Real Madrid", "Arsenal" və Almaniya milli komandasında göstərdiyi oyunla dünyanın ən yaxşı futbolçuları arasında göstərilən Məsut Özil Türkiyədə "Fənərbaxça" və "Başakşehir"də top qovduqdan sonra zədə səbəbindən futbolla vidalaşıb. 

Mesut Özil Azərbaycana dəstək verdi7. İspaniya futbolunun əfsanəvi adlarından biri, “Real Betis”in uğurlu futbolçusu Xoakin Sançes 41 yaşında karyerasını bitirib.

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 78. Joao Miranda "Atletiko Madrid" forması ilə qazandığı uğurlarla İspaniya komandasının əfsanələrindən birinə çevrilib. Müdafiəçi vətəni Braziliyanın "San Paulo" klubunda oynadıqdan sonra karyerasını başa vurub.

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 89.Marek Hamsik A Seriyasının komandalarından biri olan "Napoli"nin əfsanəsi oldu və "Trabzonspor"un uzun illərdən sonra gələn çempionluğunda böyük rol oynadı. 

2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 910. PSV "Olimpakos", "Borusiya Dortmund" "Benfika" və "Qalatasaray" kimi klublarda çıxış edən Yunanıstanlı Kostas Mitroğlu bu mövsüm karyerasını başa vuranlar arasındadır.2023-cü ildə futbolu tərk edən ulduz futbolçular - Şəkil: 10

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu