Əsas məzmuna keç

2 ölkənin XİN-i bölgədəki gərginliklə bağlı bəyanat yaydı

2 ölkənin XİN-i bölgədəki gərginliklə bağlı bəyanat yaydı

bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Telefon danışığı zamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, təhlükəsizlik mühitində artan gərginlik...

en ru

naziri ilə bəhreynli həmkarı Abdullətif bin Rəşid əl-Zayani arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, təhlükəsizlik mühitində artan gərginlik və bunun mümkün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindən ciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasının regional sabitlik və təhlükəsizlik üçün arzuolunmaz nəticələr doğura biləcəyini vurğulayıblar.

Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakter daşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının, dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyi diqqətə çatdırılıb. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…