2 milyonluq dələduzluq edən "falçı" ilə bağlı qərar verilib

2 milyonluq dələduzluq edən "falçı" ilə bağlı qərar verilib
30.03.2023 15:45
Aa
dəq

2 milyon manatlıq dələduzluqda təqsirli bilinən Ceyhun Zeynallı və Şəfəq İsmiyeva ilə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində 1 il ərzində baxılan iş üzrə yekun qərar elan olunub.

Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti vəkillərin təqsirləndirilən şəxslərlə bağlı hökmün dəyişdirilməsi şikayətini təmin etməyib.

Qərara əsasən apellyasiya şikayətləri rədd olunub.

Qeyd edək ki, Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş şəxsdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.

Şəfəq İsmiyeva cinəyəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu