Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. 5895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.