Əsas məzmuna keç

103 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

103 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Astara İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kiloqram 395 qram narkotik vasitə - marixuana aşkar edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…