Əsas məzmuna keç

10 kq qızılı ələ keçirib bataqlıqda gizləndilər

10 kq qızılı ələ keçirib bataqlıqda gizləndilər

Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda şübhəlilər ifşa olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kq-dan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.

Polisin keçirdiyi təxirəsalınmaz tədbirlərlə hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən postunda “saxla” işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər.

Daha sonra “izi” itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar.

Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub.

Fakta görə başlanılıb, istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…