Operativ Məlumat Mərkəzi

Zurabişvili parlament seçkilərinin tarixini təyin etməyi tələb etdi

1 dəq
Paylaş:
Zurabişvili parlament seçkilərinin tarixini təyin etməyi tələb etdi

Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-na qədər yeni parlament seçkilərinin tarixini təyin etməyi tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlumata əsasən, Zurabişvili bu barədə dekabrın 22-də prezident iqamətgahı yaxınlığında keçirilən mitinqdə bildirib.

"Dekabrın 29-na kimi bizim bu ölkəni irəli aparmaq, demokratiya, barışıq, tərəqqi nümunəsi kimi buraxmaq şansımız var. Cavab gözləyirəm” , - deyə Zurabişvili bildirib.

Zurabişvili oktyabrın sonunda Gürcüstanda keçirilən və hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi seçkiləri legitim hesab etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər