Operativ Məlumat Mərkəzi

Zelenski Yermakın vəzifəsinə namizədlərin adlarını açıqladı

1 dəq
Paylaş:
Zelenski Yermakın vəzifəsinə namizədlərin adlarını açıqladı
bu barədə məlumatı “Strana” yayıb. Zelenski bildirib ki, hər iki məmur bu vəzifəyə real namizəddir, lakin əsas problem onların mövcud postlarında kimin...

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə iki əsas namizədin – müdafiə naziri Denis Şmıxal və baş nazirin birinci müavini Mixaylo Fedorovun adını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Strana” yayıb.

Zelenski bildirib ki, hər iki məmur bu vəzifəyə real namizəddir, lakin əsas problem onların mövcud postlarında kimin əvəz edəcəyidir:

“Onları hazırkı vəzifələrində kimsə əvəz etməlidir. Bu, əsas çətinlikdir”, – dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Zelenskinin bu açıqlaması Prezident Aparatının rəhbəri Andrey Yermakın vəzifədən uzaqlaşdırılmasından sonra verilib. Yeni təyinatla bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər