ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq səlahiyyəti var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski "Newsmax"-a müsahibəsində deyib.
"Prezident Bayden bu müharibəni bitirə bilmədi. Əminəm ki, prezident Tramp bacara bilər. Düşünürəm ki, əsl fərq bu olacaq",- deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev Trampın “Rusiyaya qarşı güclü, keçilməz sanksiyalar” tətbiq edə biləcəyinə əmindir.
Həmin müsahibədə Ukrayna lideri qeyd edib ki, əgər Ukrayna uzaqmənzilli silahlar əldə edərsə, o, “hərəkət etməyə hazırdır”.