Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-la aparılan danışıqlarda müzakirə edilən sülh planının 20 bənddən ibarət olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Plana əsasən, Ukraynanın suverenliyinin təsdiqi, təhlükəsizlik zəmanətləri və Rusiya ilə təmas xəttinin monitorinqini nəzərdə tutan təcavüzkarlıq müqaviləsi əsas prioritetlər sırasındadır. Sənəddə Ukrayna Silahlı Qüvvələrinin sülh dövründə 800 min nəfərlik heyətə malik olması, ABŞ, NATO və Avropanın Ukraynaya 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətləri verməsi də yer alıb.
Plan Ukraynanın nüvəsiz statusunu, Zaporojye AES-in üçtərəfli idarə olunmasını, ölkənin Aİ-yə üzvlüyü perspektivini və ABŞ-la azad ticarət sazişinin sürətləndirilməsini də ehtiva edir. Yenidənqurma üçün bir neçə fondun yaradılması və 800 milyard dollara qədər investisiya cəlb edilməsi hədəflənir.
Ərazi məsələsi sənədin ən mürəkkəb bəndi kimi göstərilir. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri üzrə mövqelərin dəyişmədiyi bildirilir, bəzi bölgələr üçün isə azad iqtisadi zona və referendum variantları müzakirə olunur.
Plana görə, müqavilə imzalandıqdan sonra “hamı hamıya” prinsipi ilə məhbus mübadiləsi aparılacaq, Ukraynada seçkilər keçiriləcək və razılaşmanın icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək. Bütün tərəflər razılıq verdikdən sonra isə dərhal tam atəşkəs qüvvəyə minəcək.