Əsas məzmuna keç

Uitkoff Berlində Avropa Liderləri və Zelenski ilə görüşəcək

Uitkoff Berlində Avropa Liderləri və Zelenski ilə görüşəcək

bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, o, 14-15 dekabr tarixlərində Böyük Britaniya, Almaniya və...

ABŞ prezidentinin xüsusi nümayəndəsi bu həftə Berlində Avropa liderləri və prezidenti Volodimir Zelenski ilə görüşlər keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, o, 14-15 dekabr tarixlərində Böyük Britaniya, və Fransadan olan rəsmilərlə görüşəcək.

Qəzetin yazdığına görə Uitkoffu Berlinə göndərmək qərarı ABŞ administrasiyasının Vaşinqton və Kiyev arasında sülh sazişinin şərtləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına sadiqliyini nümayiş etdirir.

Məlumatda həmçinin bildirilir ki, Uitkoffun Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merzin müşavirləri ilə birlikdə Berlin danışıqlarında iştirakı gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…