Operativ Məlumat Mərkəzi

Ucarda canavarlar kəndə hücum edib

1 dəq
Paylaş:
Ucarda canavarlar kəndə hücum edib
Ucarda vəhşi heyvanlar kəndə hücum edib.  "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib....

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər