Operativ Məlumat Mərkəzi

“Konstitusiya və Suverenlik İli” ilə bağlı amnistiya 12 mindən çox şəxsə şamil olunub

2 dəq
Paylaş:
“Konstitusiya və Suverenlik İli” ilə bağlı amnistiya 12 mindən çox şəxsə şamil olunub

“Konstitusiya və İli” münasibətilə elan amnistiya minlərlə vətəndaşı əhatə edib. “Operativ Məlumat Mərkəzi-OMM”-in Ədliyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr 2025-ci ildən 26 yanvar 2026-cı ilədək icra olunaraq ümumilikdə 12.336 tətbiq edilib.

Amnistiya Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, eləcə də İstintaq idarəsi üzrə həyata keçirilib. Qərara əsasən, 4.977 nəfər müddətli azadlıqdan məhrumetmə cəzasından, 6.613 şəxs isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan olunub.

Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzası çəkən 734 məhkumun cəza müddəti 6 ay azaldılıb. Ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə isə 12 nəfər cinayət məsuliyyətindən azad edilib.

Cəzaçəkmə müəssisələrində olan şəxslər arasında Vətən müharibəsində iştirakına görə 13 nəfər, eləcə də amnistiya aktı qüvvəyə minən tarixədək 60 yaşına çatmış daha 13 şəxs cəzadan azad edilənlər sırasındadır.

Amnistiya tətbiq edilən şəxslərin cinayət kateqoriyalarına görə bölgüsünə əsasən, 1.021 nəfər böyük ictimai təhlükə törətməyən, 10.502 nəfər az ağır, 813 nəfər isə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərdir.

Ümumi statistikaya görə, amnistiyadan faydalananların 11.761-i kişi olub, onlardan 17-si yetkinlik yaşına çatmayanlardır. Qadınların sayı isə 575 nəfər təşkil edir.

Hazırda amnistiya aktının icrası müvafiq qurumlar tərəfindən davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax