Əsas məzmuna keç

TÜRKSOY Türkiyəyə ilə həmrəyliyini göstərir

TÜRKSOY Türkiyəyə ilə həmrəyliyini göstərir

bu barədə  Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Bakıtcan Omar bildirib. O deyib ki, fevralın 7-də TÜRKSOY zəlzələlədən zərərçəkənlərə qan verib, fevralın...

Mədəniyyəti Təşkilatı () Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dağıdıcı zəlzələlərin vurduğu ziyana görə qardaş ölkə ilə güclü həmrəylik nümayiş etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Omar bildirib.

O deyib ki, fevralın 7-də TÜRKSOY zəlzələlədən zərərçəkənlərə qan verib, fevralın 8-dən isə 12 könüllü TÜRKSOY-lu tərcümə və koordinasiya işində olmaq üçün Qaziantepə gəlib:

“Biz buradan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Qaziantep şöbəsinə gedib, tərcümə, məlumat və digər bu kimi dəstək işləriə AFAD-ın tövsiyə etdiyi yerlərdə fəaliyyət göstərəcəyik”.

Bakıtcan Omar TÜRKSOY-un zəlzələ fəlakəti ilə əlaqədar türk dünyasının mədəniyyət, incəsənət adamları ilə danışıqlar aparıb, onları bir araya gətirib zəlzələdən zərərçəkənlərə maddi yardım edilməsilə bağlı layihə icra edəcəklərini bildirib:

“Hazırda türk dünyası sənətçiləri arasında “Biz birlikdəyik”, “Hamımız qardaşıq” şüarları paylaşılır və türk dünyasının əksər sənətçiləri bu layihəyə məmnuniyyətlə qoşulacaqlarını bildiriblər”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…