Əsas məzmuna keç

Türkiyədə İran kəşfiyyatına işləyən agentlər ələ keçirilib

Türkiyədə İran kəşfiyyatına işləyən agentlər ələ keçirilib

əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti - “Mossad” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib....

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Türkiyədə İran kəşfiyyatına agentlərə qarşı yeni keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat - “” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib.

Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub.

Bildirilib ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ keçirilməsi istiqamətində MİT və Baş Prokurorluq arasında koordinasiyalı addımlar atılıb. Qruplaşma il yarım ərzində daim diqqətdə olub, addım-addım izlənib.

Qeyd olunub ki, S.Küçükkaya və “Mossad” üzvləri arasında müzakirələr adətən Avropanın müxtəlif ölkələrində baş tuturdu. S.Küçükkaya həmin danışıqlar zamanı müxtəlif testlərdən keçib. Beşinci görüşdə S.Küçükkayaya casusluq təklif olunub.

Məlumat görə, daha 2 şübhəlinin ələ keçirilməsi istiqamətində işlər davam edir.

Agentlərin İranla yanaşı, həm də İsrail və Rusiya ilə əlaqədə olduqları vurğulanıb.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…