Operativ Məlumat Mərkəzi

Türkiyə parlamentinin sədri: “AŞPA bölücü yox, birləşdirici platforma olmalıdır”

2 dəq
Paylaş:
Türkiyə parlamentinin sədri: “AŞPA bölücü yox, birləşdirici platforma olmalıdır”
Kurtulmuşun bəyanatı Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub. “Türkiyə Böyük Millət Məclisi (TBMM) AŞPA-nı dəstəklədiyi prinsipləri...

Türkiyə Böyük Millət Məclisinin () sədri Numan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarını qınayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kurtulmuşun bəyanatı Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.

“Türkiyə Böyük Millət Məclisi (TBMM) AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır”, - bəyanatda deyilir.

Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. Siyasətçi xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.

Xatırladaq ki, Azərbaycan 2001-ci ildə Avropa Şurası və AŞPA-nın tamhüquqlu üzvü olub. 2024-cü il yanvarın 24-də bəzi avropalı parlamentarilər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı absurd ittihamlar səsləndirərək, onun səlahiyyətlərini şübhə altına alıblar. Bunu nəzərə alan Azərbaycan AŞPA-ya geniş bəyanat yayıb. AŞPA-da mövcud olan irqçilik, azərbaycanofobiya və islamofobiya ab-havası fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatın elan olunmasında sonra zalı tərk edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax