Türkiyə Papa XIV Leo-nun payızın sonlarında ölkəyə səfəri üçün hazırlıqlara başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan iyulun 2-də Papa ilə görüşüb və ona planlarını danışıb.
Məlumata görə, “o, ilk xaricə səfərlərindən birini Türkiyəyə etmək istəyir, Türkiyə və Vatikan rəsmiləri bu məsələ üzərində işləyirlər və noyabrın sonlarına doğru planlaşdırıldığı” ifadə edilib.